vəhşi heyvan kimi baxmaq

to have a baleful / ferocious look in one’s eyes смотреть зверем
Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
vəkalət vermək (etibar etmək)
OBASTAN VİKİ
Heyvan
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Vəhşi Pişik
Qara Pişiklər (ing. Black Cats) və ya Vəhşi Pişik (ing. Wildcat) — Krallıq donanmasına məxsus helikopter nümayiş komandasıdır. Şou üçün 2 ədəd Westland Lynx helikopteri istifadə olunurdu. Daha sonra bu helikopterlər AgustaWestland Wildcat ilə əvəz olundu. Komanda 2001-ci ildə yaradılmışdır. İlk dövrlərdə komanda "Vaşaq cütlüyü" (ing. Lynx Pair) adı altında çıxış edirdi. 2004-cü ildən komandada ad dəyişikliyi baş verdi. Komanda 1992-ci ildə ləğv olunmuş, Kral Hərbi Hava Qüvvələrinə məxsus olmuş "Köpəkbalığları" (ing.
Vəhşi Qərb
Vəhşi Qərb (ing. Wild West) və ya Köhnə Qərb (Old West) — Şimali Amerikada Amerika ekspansiyasının irəli dalğası ilə əlaqədər coğrafiyanı, tarixi, folkloru və mədəniyyəti əhatə edən konsepsiya. Bu, XVII əsrin əvvəllərində Avropanın müstəmləkə məskənləri ilə başlamış və son bir neçə bitişik Qərb ərazilərinin dövlət kimi qəbul edilməsi ilə sona çatmışdır. Bu kütləvi miqrasiya və məskunlaşma dövrü Luiziana satınalmasından sonra prezident Tomas Cefferson tərəfindən xüsusilə təşviq edilmişdir. Vəhşi Qərbin əfsanələri, tarixi hadisələri və folkloru ABŞ mədəniyyətinə o qədər daxil olmuşdur ki, bu konsepsiya və xüsusilə Vestern media janrı ABŞ-nin milli kimliyinin müəyyənedici xüsusiyyətlərindən birinə çevrilmişdir.
Vəhşi at
Vəhşi at (lat. Equus ferus) — at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan növü. Vəhşi at müasir atların əcdadı hesab olunur. Vəhşi atların bir neçə yarımnövü mövcud olmuşdur. Onlardan yalnız 3-ü dövrümüzədək yaşamağı bacarmışdır. Ev atı (Equus ferus caballus). XVII-XVIII əsrlərdə xalq seleksiyası yolu ilə yaradılmış Qaradağ atları da bu yarımnövə aiddir. Tarpan və ya Avrasiya vəhşi atı (Equus ferus ferus). Avropa və Asiyada yaşamışlar. Tarpanın demək olar ki XIX əsrin sonlarında nəsli kəsilmişdir və sonuncu fərd 1918-19-cu illərdə Ukrayna zooparklarının birində ölmüşdür.
Vəhşi diviziya
Qafqaz Yerli Atlı Diviziyası (rus. Кавказская туземная конная дивизия) və ya Vəhşi diviziya (rus. Дикая дивизия — Birinci dünya müharibəsi (1914–1918) dövründə Qafqazın müsəlman əhalisindən təşkil edilmiş süvari diviziya. Çar Rusiyasında müsəlman əhali, o cümlədən Qafqaz müsəlmanları kütləvi şəkildə hərbi xidmətə cəlb olunmurdular, lakin müharibənin gedişində cəbhənin möhkəmləndirilməsi üçün Qafqaz müsəlmanlarının süvari qoşunda döyüşmək bacarıqlarını nəzərə alaraq, onlardan ibarət yeni atlı diviziyanın yaradılması qərara alındı. 3-cü süvari korpusun (Qərb cəbhəsi) tərkibində olan "Dikaya diviziya" (diviziyanın adı həm şəxsi heyətin şücaəti, həm də onların nizami döyüş hazırlığı keçməməsi ilə əlaqədar idi) 6 kiçik tərkibli alaydan — Dağıstan, Kabarda, Tatar (azərbaycanlı), Çeçen, İnquş və Çərkəz alaylarından ibarət idi. Diviziyanın tabeliyinə, həmçinin, Osetin piyada briqadası və 8-ci Don topçu divizionu verilmişdi. "Dikaya diviziya"nın komandiri general D. P. Baqration idi. Diviziyanın zabit heyətini, əsasən, rus qvardiya zabitləri, həmçinin, yerli zadəgan nümayəndələri təşkil edirdi. "Dikaya diviziya"nın ümumi sayı 1350 süvaridən ibarət idi. Xüsusi hərbi hazırlıq görmədiyinə və könüllülük əsasında yaradıldığına görə, diviziyanın şəxsi heyətinə müəyyən güzəştlər verilmişdi.
Vəhşi göl
Vəhşi göl (sloven. Divje jezero) — Sloveniyanın qərbindəki İdri-Xribove (Dinar dağları) dağ massivində İdriya icmasında yerləşən kiçik bir karst gölü. Göl İdriya şəhərindən cənubda, dəniz səviyyəsindən 340 m yüksəklikdə yerləşir. 1967-ci ildə təbii bir abidə elan edilmişdir (sloven. narodny spomenik). Qorunma zonasının sahəsi 4.44 hektardır. 1972-ci ildə göl Sloveniyanın təbiətdə ilk muzeyi olur. Göl nəhəng bir karst bulağıdır. Su yeraltı bir mağaradan meylli bir tuneldən axır. Mağarada 1957-ci ildən bəri dalğıc speleloqlar 426 m dəhlizi araşdırmışlar.
Vəhşi heyvanlar
Vəhşi heyvanlar (lat. Theria) — məməlilər sinfinə aid yarımsinif. Müasir diri bala doğan məməliləri özündə cəmləşdirir. Belə ki, yarımsinfə aid olan nümayəndələr yumurta qoymadan bala doğmaqla çoxalırlar. Plasentalılar və kisəlilər bu yarımsinfi təşkil edirlər. Xarici qulağa və topuğa malikdirlər.
Vəhşi ov
Vəhşi ov — german-skandinav mifologiyasında sürü halında olan bir qrup xəyali atlı ovçu. Bu ovçular elflər, pərilər və ya ruhlar ola bilərlər. Ovun rəhbəri adətən Odin ilə bağlı adlı bir fiqur olur, ancaq bəzi hallarda Böyük Teodrix, Danimarka kralı IV Valdemar Atterdaq, Uels mifik tanrısı Qvin ap Nudd kimi tarixi və ya əfsanəvi şəxsiyyətlər, eləcə də İrod Antipa, Kabil, Cəbrayıl və Şeytan kimi Bibliyada olan varlıqlar da ola bilər. Vəhşi ov müharibə və vəba kimi faciələrin əlaməti hesab edilirdi. Ova şahid olan insanlar oğurlanaraq cəhənnəmə və ya pəri diyarına aparılırdı. Bəzi yerlərdə insanların ruhlarının kavalkada qoşulmaq üçün yatdıqları yerdə götürüləcəyinə inanılırdı. Alman folkloru əsasında aparılan müqayisəli yanaşmaya əsaslanaraq, hadisəyə adətən "Wilde Jagd" (azərb. Vəhşi ov/təqib‎) və ya "Wildes Heer" (azərb. Vəhşi ordu‎) deyilir. Hadisənin "Vəhşi ordu" və ya "Qəzəbli ordu" adlandırıldığı Almaniyada onun liderinə müxtəlif kimliklər verilmişdi.
Vəhşi qaz
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Vəhşi yak
Vəhşi yak (lat. bos mutus) — əsl öküz cinsinə aid heyvan növü. Rusiyada ərazisində Tıva respublikasının kənd təsərrüfatında (2012-ci ildə təxminən 10 min baş), Buryatiya və Altay Respublikası zooparklarında saxlanılır. Tibetdən başqa digər ölkələrdə də Şimali Hindistan, Çin, Qazaxıstan, Tacikistan, Butan, Əfqanıstan, Pakistan, İran, Qırğızıstan, Özbəkistan, Nepal və Monqolustanın qonşu dağlıq bölgələrində yayılmışdır. Sovet İttifaqında Şimali Qafqaz, xüsusilə Kabardino-Balkar, Qaraçay-Çerkesiya, Dağıstan, Çeçen-İnquşetiya və Şimali Osetiya kimi ərazilərdə yak uyğunlaşdırılmışdır. Ermənistanda isə yakın uyğunlaşdırılması nəticə vermədi. Yak uzun bir bədən, nisbətən qısa ayaqları, geniş, dairəvi tuluqları və ağır, aşağı əyilmiş başı olan böyük bir heyvandır. Ağırlığı 2 m-ə qədər, 1000 kq-a qədər çəki. Yaşlı bir erkəyin bədəninin uzunluğu 4,25 m-dir və ondan 0,75 m quyruğa düşür. Yakın dişisinin uzunluğu 2,8 m, hündürlüyü 1,6 m, çəkisi isə 325-360 kq-dır.
Vəhşi çöl
Vəhşi çöl (rus. Дикое поле) — Qara və Azov dənizi ətrafı tarixi çöl əraziləri. Qərbdən Dnestr çayı ilə, şərqdən isə Don və Xoper çayları ilə həmsərhəddir. Ərazi əhalinin az məskunlaşdığı bölgə hesab olunur. Reç Pospolitaya məxsus, Levasser de Boplanın (Guillaume Le Vasseur de Beauplan) tərtib etdiyi xəritədə ilk dəfə olaraq (1648) "Vəhşi çöl" (Dzike Polie) sözü istifadə edilmişdir. Ərazini məhsuldar olmayan torpaqlarına görə belə adlandırmışdılar. Bəzən sinonim kimi (lat.. Loca deserta) sözündən də istifadə olunurdu. Vəhşi çöl ümumi qəbul edilmiş dəqiq sərhədlərə malik deyildi. Müasir dövrdə bu bölgəyə Ukraynanın Luqansk, Donetsk, Zaporojiya, Dnepropetrovski, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı, Xarkov və Xerson vilayətləri, Dnestryanı və Rusiyanın Belqorod, Lipetsk, Tambov, Penza, Voronej, Saratov, Volqoqrad, Rostov vlayətləri daxildir.
Vəhşi öküz
Gəlincik (heyvan)
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Heyvan evi
Heyvan evi (İngilis dilindəki orijinal adı ilə National Lampoon's Animal House və ya qısaca Animal House) — rejissoru John Landis, ssenari müəllifləri Harold Ramis, Douglas Kenney və Chris Miller olan 1978-ci ildə ABŞ-də çəkilmiş komediya filmidir. Baş rollarda Con Belushi, Tim Matheson, John Vernon, Verna Bloom, Tom Hulce, Stephen Furst və Donald Satherland oynamışdırlar. Filmdə universitet qardaşlığının üzvü olan bir qrup tələbənin Faber Kollecinin dekanının nüfuzuna qarşı apardıqları mübarizə zamanı baş verən hadisələrdən bəhs edilir. Büdcəsi 3 milyon dollar olan film 28 sentyabr 1978-ci ildə ABŞ-də nümayiş olunmuş və nümayişi zamanı $141,6 milyon gəlir əldə etmişdir. Film həmçinin ABŞ Milli Film Reyestrindədir.
Heyvan qamçılıları
Heyvan qamçılıları və ya Zoomastiqinlər – (lat. – Zoomastigophora) sinfi. Bu sinfi rəngsiz qamçılılar da adlandırırlar. == Həyat tərzi == Forma və quruluşuna görə müxtəlif: suda və torpaqda yaşayan rəngsiz qamçılıları əhatə edir. Saprofit və ya animal yolla qidalanan heterotrof orqanizmlərdir. Zooflagellatların bir hissəsi parazit həyat tərzinə keçmişdir. Onlar onurğalı və onurğasız heyvanların, eləcə də bitki və insanların təhlükəli xəstəliklərinin törədiciləidir. == Quruluşu == Bədənin ölçüsü 5–10 ilə 20–30 mkm (nadir hallarda 100-ə qədər) arasında dəyişir. Bir və ya bir neçə qamçısı və nüvəsi var. Bəzi formalarda bədən dəyişkəndir, psevdopodiyalar əmələ gətirə bilir.
Heyvan qəbiristanlıqları
Heyvan qəbiristanlığı — heyvanların dəfn olduğu qəbiristanlıq.
Heyvan qəbiristanlığı
Heyvan qəbiristanlığı — heyvanların dəfn olduğu qəbiristanlıq.
Heyvan respublikası
Heyvanıstan, Heyvan respublikası və ya orijinal adı ilə Heyvan ferması (ing. Animal Farm) – Corc Oruell tərəfindənilk dəfə 17 avqust 1945-ci ildə İngiltərədə nəşr edilmiş satirik alleqorik roman. Kitab, bir cəmiyyət yaratmaq ümidi ilə öz fermerlərinə qarşı üsyan edən bir qrup ferma heyvanının hekayəsindən bəhs edir. Heyvanlar bərabər, azad və xoşbəxt ola bilər. Nəhayət, başlayır və ferma Napoleon adlı bir donuzun diktaturası altında əvvəlki kimi pis bir vəziyyətə gəlir. Oruellin fikrincə, nağıl 1917-ci il Rusiya İnqilabına və sonra Sovet İttifaqının Stalinizm dövrünə gedən hadisələri əks etdirir . Demokratik sosialist olan Oruell İosif Stalinin tənqidçisi və Moskvanın idarə etdiyi stalinizmə düşmən münasibət bəsləyirdi . ispan vətəndaş müharibəsi . İvon Davetə yazdığı məktubda Oruell təsvir etmişdir Heyvan ferması Stalinə qarşı satirik bir nağıl kimi (“ un conte satirique contre Staline ”) və “ Niyə yazıram” (1946) essesində yazırdı ki, “ Heyvanlar ferması” tam şüurla oxumağa çalışdığı ilk kitabdır. etdiyi işin "siyasi məqsədi və bədii məqsədi bir bütövlükdə birləşdirmək".
Heyvan xəstəlikləri
Heyvan xəstəlikləri — yoluxmayan və yoluxan olur. Yoluxan Heyvan xəstəlikləri iki cür olur: bakteriya, virus və göbələklərin törətdiyi infeksiya və ibtidailər, cücülər, gənə və helmintlərin törətdiyi invazion xəstəliklər. Ən təhlükəli Heyvan xəstəliklərinə aqalaktiya, aktinomikoz, askaridioz, botulizm, brüssellyoz, vakinit, qarayara, moniyezioz, raxit, taun tulyameriya və s.-ni misal göstərmək olar. #Maraqlı məlumat: Hüceyrə tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülaldır. Bu zülal hüceyrəyə daxil olan virusun çoxalmasının qarşısını alır. Müşahidələr göstərir ki, orqanizmdə interferon nə qədər az əmələ gələrsə, virus xəstəliyi də bir o qədər ağır keçər.
Heyvan üslubu
Heyvan üslubu — Avrasiyanın Aşağı Dunaydan, Şimali Qara dəniz bölgəsindən və Xəzərönü çöllərindən Cənubi Ural, Sibir və Çinin şimal-qərb hissəsinə qədər geniş ərazilərində e.ə VII–IV əsrlərdə inkişaf etmiş tarixi bədii üslubdur. Fərqli ifadədə: "Qədim incəsənətdə geniş yayılmış üslubun şərti adıdır. Ayrı-ayrı heyvanların, onların bədən hissələrinin, habelə bir neçə heyvanın mürəkkəb kompozisiyalarının təsvir əsas fərqləndirici xüsusiyyətidir. Tunc dövründə bir sıra xalqlar arasında yaranmış, xüsusilə dəmir dövründə geniş yayılmışdır. Heyvan üslubu zaman və məkanda qeyri-adi geniş yayılmasına və müxtəlif etnik mədəniyyətlərin ənənələrinin mənimsənilməsinə görə müxtəlifdir. Bununla belə, onun ümumi, qabarıq görünən xüsusiyyətləri vardır ki, bu da qədim sənətin bu tarixi-mədəni hadisəsini ayrıca bədii üslub kimi ayırmağa əsas verir. Heyvan üslubunun tarixi-regional müxtəlifliyi "Skif-Sibir dünyası" üçün xarakterik olan "Skif-Sibir heyvan üslubu" adlanan üslubdur. O heyvanların xüsusi təsvir tərzi ilə seçilir. Avrasiya çöllərinin, o cümlədən Cənubi Sibir ərazisinin Son Tunc və Erkən Dəmir dövrlərinin mədəniyyətlərində geniş şəkildə təmsil olunur. Erkən Dəmir dövrü dövründə köçəri maldar xalqları arasında "bir çox ortaq xüsusiyyətlərə malik mədəniyyətlər yaranırdı.
Lama (heyvan)
Lama (lat. Lama glama) – dəvəkimilər fəsiləsinə aid cütdırnaqlı məməli heyvan növü.
Məməli heyvan
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid olan heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Samur (heyvan)
Heyvan rəqəmi
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. == İnterpretasiya == Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.
Heyvan haqları
Heyvan haqları (heyvan hüquqları) — insan və heyvanlar arasında münasibətləri tənzimləyir. Heyvanları tibbi və kosmütik təcrübələrdə istifadə olunmaları, dərisi, buynuzları, dişləri və ya idman xatirinə ovlanması, şiddətə məruz qoyulması heyvan haklarının pozulması kimi qəbul edilir. == Heyvan haqları və fəlsəfə == Jainizm, daoizm, hinduizm, buddizm, şintoizm, animizm kimi bi rçox inanclarda heyvan hakları öz əksini tapır. == Heyvan haqları və veqanlıq == Veqanlar heyvan haqlarını qorumaq üçün heyvan mənşəli bütün qidalardan imtina edirlər. == Dünya ölkələri qanunları == Türkiyədə 2004-cü ilə Heyvan hakları haqqında qanun ilə heyvanlar qoruma altında alınmışdır.